Vaxt.Az

30 illik silsilədə final


 

Tom Kruz: “100 yaşıma qədər dayanmayacam”

30 illik silsilədə final Ötən həftə Kannda dünya premyerası olan “Mümkün olmayan missiya: Son hesablaşma” (“Mission: Impossible – The Final Reckoning”) silsiləsini davam etdirir. Silsilənin 8-ci filmi dünən axşam (18 may) Nyu-Yorkda tamaşaçılara təqdim olunub. Film böyük alqışlarla qarşılandıqdan sonra Tom Kruz “Burada olmaq və sizi əyləndirmək böyük şərəf və imtiyazdır”, – deyib.

62 yaşlı Hollivud ulduzu İthan Hant obrazı ilə tamaşaçıların qarşısına sonuncu dəfə çıxacağı açıqlanan film, adından da göründüyü kimi silsilənin finalı olaraq təqdim edilir. “Bu, həqiqətən də finaldır! Əbəs yerə “final” adlandırılmayıb”, – Kruiz qırmızı xalıda “The Hollywood Reporter”ə deyib.

İki il əvvəl verdiyi müsahibədə 80 yaşlı Harrison Fordun karyerasından ilhamlandığını və eyni yaşa qədər “Mümkün olmayan” adlı silsilə filmləri çəkmək istədiyini deyən Kruiz bu ifadəni xatırlayanda gülərək cavab verdi: “Əslində 80 yaşıma qədər yox, 100 yaşıma kimi film çəkməyə davam edəcəyimi söylədim. Mən heç vaxt dayanmayacam. Aksiyon, dram və komediya çəkəcəyəm. Bütün bunlar məni həyəcanlandırır”.

1996-cı ildə başlayan və təxminən 30 il davam edən ““Mümkün olmayan missiya” silsiləsinə baxanda onu ən çox xoşbəxt edən nədir” sualına Kruiz, “Seçmək çox çətindir, çünki çox şey olub... Birlikdə işlədiyim rejissorlar, komandalar, fərqli mədəniyyətlər... Hekayələr, həyat, liderlik, xarakter və kino haqqında öyrəndiyim və öyrənməyə davam etdiyim hər şey... Özümü həqiqətən çox imtiyazlı hiss edirəm və film çəkməyi və hekayələr danışmağı çox sevirəm”, – cavabını verib.

“Son hesablaşma” filminin aktyor heyətinə Heyli Atvel, Saymon Peqq, Pom Klementif, Qreq Tarzan Devis və Anjela Bassett daxildir.

Silsilədə dördüncü dəfə rejissor kreslosunu əyləşən Kristofer Makkuorri premyerada Kruiz haqqında “O, həmişə oyundadır, həmişə aktiovdir. Nəyisə başa düşməsə belə, dərhal içəri dalır. O, həm əla müəllim, həm də öyrənməyə həvəsli şagirddir”, – deyib.

“Mümkün olmayan missiya: – Son hesablaşma” – bu cümə axşamından etibarən (22 may) kinoteatrlarda nümayiş olunacaq.

 





19.05.2025    çap et  çap et