Vaxt.Az

Oğurlanmış kəfən...


 

... Yaxud dünya dəvə görünən sevinən dəlinin əlində qalıb

Oğurlanmış kəfən... Yenə bir kənddə yaş mərasimində idik. Ağlaşmada fasilə idi. Söhbət düşdü ki, bəs kəfəni, filanı molla özü ilə gətirir. Biri də o yandan qayıdasan ki, “Az, deyir, o gün Alış kişinin kəfəni əskik gəlib”. Bir uzaq qohum da narahat halda dilləndi, “Qızdar, mən öləndə gözdə-qulaqda olun, yekə-mekəyəm kəfən əskik gəlsə, jaketimi ayağıma bükün”.

Ukrayna yerdə can verir. Molla Donald da iki daşın arasında buyurur ki, minerallarının yarısını mənə ver, sonra ölərsən.

Bir dəfə atam işə gedirdi anama tapşırdı ki, suyu “qulaq” verərsən. Anam da getdi Abilin oğlunun kiçik toyun məni də aparmadı. Atam gəldi ki, su aləmi basıb. Anamı soruşdu, mən tez dedim ki, sünnət toyuna getdi. Kişi başını bulayıb dedi ki , arvad vacibi qoyub sünnətə gedir. Hələ də bu sözlər aramızda aforizm kimi işlənir. İndi atam demiş “Donald ağa vacibi. İstanbulu qoyub Salmangilə sünnətə getdi”. Və çox da feyzyab oldu. Dəvə də gördü başı yaylıqlı kişilər sıraya düzlənib saçlarını  yellərə verən qadınlar da. Min illərdir hamının başını örtməyə çalışan bu ərəblər qadınları kişi qarşılamağa gətiriblər. Volodya, şəriət əldən getdi!

Dəvə görəndə sevinmə ABIŞ dayı. Sem dayı, dəvədən böyük fil var!

Bu biri Dəcəl, daha doğrusu Dəccal. Onun İstanbula göndərdiyi o 4 nəfərin üzünə baxın, elə bil hamısı mayor Şultsun (“Uzaq sahillərdə” filmindəki alman zabit) uşaqlarıdır. İblislər! Bu saymazlığa sevinirdi Skabayeva studiyada qol götürüb oynadı. Zaxarova boynunu əyib gülürdü, Peskov dedi ki, heç kəs Rusiya ilə ultimatum dili ilə danışa bilməz. Lavrov dedi ki Rusiya Ukraynanı tam  torpaqlarını istəyir. Erməni də, “Qarabağ Ermənistandır” deyirdi. Gördük! Siz də görəcəksiniz... SADƏCƏ, dünya qalıb bir dəlinin əlində. Və dünyada dəlilər çoxalıb. Sizin hamınızı bir əlçimə yuyulasınız.

 





19.05.2025    çap et  çap et