Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanın Panmuncom kəndi yaxınlığındakı binanın adından “birləşmə” sözünü çıxardığını bildirib.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, bu addım Pxenyanın Cənubi Koreya ilə münasibətlərini “düşmənçilik” kimi yenidən müəyyənləşdirmək üçün davam edən kampaniyasının son əlamətidir.
Birləşmə Nazirliyinin sözçüsü Ku Byonq-sam ötən ilin avqustunda Şimali Koreyanın Panmuncomun öz tərəfindəki binanın işarəsini dəyişdirdiyini və əvvəllər “Birləşmə Köşkü” yazılmış lövhəni götürdükdən sonra onun adını “Panmun Hall” adlandırdığını bildirib. Qeyd edək ki, bu bina iki ölkənin birləşmə simvolu kimi xarakterizə olunur.
Panmunjom Şimali və Cənubi Koreya arasındakı faktiki sərhədin bir qədər şimalında yerləşən və Koreya müharibəsini sona çatdıran 1953-cü ildə Koreya Sülh Müqaviləsinin imzalandığı kənddir.
2023-cü ildə Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı özünün əsas düşməni elan edən sərəncam verib.
Şimali Koreyanın binası əvvəllər Koreyalararası danışıqlar üçün istifadə olunub. 2018-ci ilin may ayında Cənubi Koreyanın o vaxtkı prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim burada ikinci zirvə görüşünü keçiriblər.
Son addım Cənubi Koreyanın Demilitarizasiya Bölgəsinin ortasında yerləşən Panmunjoma turlara yenidən başlamaq planlarını elan etməsindən bir neçə gün sonraya təsadüf edir.