BBC-nin məlumatına görə, Haryana polisi gənc qadının Pakistan Ali Komissiyasının rəsmisi ilə əlaqə saxladığını iddia edib. Sözügedən Pakistan rəsmisi bu ayın əvvəlində Hindistandan deportasiya edilib. Malhotranın atası isə qızının casus olması ilə bağlı iddiaları rədd edərək, qızının lazımi icazələri aldıqdan sonra Pakistana getdiyini bildirib.
***
Malhotra sosial media hesablarında özünü “köhnə ideyaları olan müasir qız” kimi təqdim edir. “YouTube”da 377 min abunəçisi olan qadının “İnstagram”da da 133 min izləyicisi var.
Malhotranın paylaşımları göstərir ki, o, Hindistanda, eləcə də Banqladeş, Çin, Tayland, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İndoneziya kimi ölkələri ziyarət edib. Sorğu zamanı Hindistan rəsmiləri Malhotradan dünya səyahətlərini necə maliyyələşdirdiyini soruşublar. Polisin məlumatına görə, onun səyahətləri məlum gəlir mənbələrindən çox olub.
***
Polis Malhotranın Pakistan vətəndaşı ilə və o cümlədən "Pakistan kəşfiyyat agentləri" ilə daim əlaqə saxladığını iddia edib. Hindistan polisi həmçinin Malhotranın Pahalqam hücumu ilə mümkün əlaqəsini araşdırır. Yeni Dehli bunun İslamabadla əlaqəsi olduğunu və iki ölkə arasında gərginliyə səbəb olduğunu iddia edir.
Haryana Polis Departamentindən Şaşank Kumar Savan, Malhotranın digər “YouTube” fenomenləri ilə əlaqə saxladığını və sponsorluq səfərləri üçün Pakistana getdiyini söyləyib.
İki ölkə arasında gərginlik artdıqca, polisin fenomeninin əlaqə saxladığını dediyi Pakistan rəsmisi Ahsan-ur-Rahimdən mayın 13-də ölkəni tərk etməsi istənilib.