Vaxt.Az

İnsan alverçisinə gülməli hökm


 

Qadınları fahişəliyə cəlb edən Hacıqabul sakinə pul cəriməsi kəsilib

İnsan alverçisinə gülməli hökm Azərbaycanda qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxunub. «Qafqazinfo»nun məlumatına görə, haqqında cinayət işi açılmış Natiq Əskərli Nərimanov rayon Məhkəməsinin hökmü ilə cərimə edilib və o, sərbəst buraxılıb.

Məhkəmə hökmü ilə N.Əskərli 3 min manat cərimə edilib. Qeyd edək ki, N.Əskərlinin əməlləri keçən il noyabrın 14-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb, ona Cinayət Məcəlləsinin 243.1-ci (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi açılıb.

19 yaşlı N.Əskərli Hacıqabul şəhər sakinidir.

 





08.05.2014    çap et  çap et