Vaxt.Az

“Sanksiyaların aradan qaldırılmasının təsiri islahatlardan asılıdır”


 

İlk nəticələr bank və kommersiya sektorlarında görünəcək

“Sanksiyaların aradan qaldırılmasının təsiri islahatlardan asılıdır” Suriyanın İqtisadiyyat və Sənaye naziri Nidal əl-Şaar ABŞ-ın Suriyaya qarşı sanksiyalarının ləğvinin təsirinin “real iqtisadi islahatlardan asılı olduğunu” deyib.

Mətbuata müsahibəsində Əl-Şaar deyib ki, sanksiyaların ləğvi bərpaya mane olan maneələri aradan qaldırmaq yolunda ilk addımdır və suriyalılar iqtisadi və həyat şəraitlərində yaxşılaşmanı “dərhal hiss etməyəcəklər”. Nazir Suriyanın sanksiyalardan sonrakı dövrü açıq və realist iqtisadi düşüncə ilə idarə etməli olduğunu vurğulayaraq, şəffaflığın artırılması və biznes mühitinin təşviq edilməsinin lazım olduğunu bildirib.

Şaar, suriyalıların yaşayış dəyəri azaldıqca və iş imkanları artdıqca fərqi hiss edəcəklərini və bunun üçün vaxt, planlama və sabit mühit tələb olunduğunu qeyd edib.

 





19.05.2025    çap et  çap et