Dünən axşam saatlarında Berlində futbol azarkeşlərinin şənliyi zamanı 33 polis əməkdaşı yaralanıb.
Polisin bu gün verdiyi məlumata görə, təxminən 2500 azarkeş Kurfürstendamm ətrafında qeyd edib. 200-ə yaxın maşından ibarət karvan da olub.
***
Berlində atəşfəşanlığın baş verdiyi, bəzilərinin fişəngləri polislərin üzərinə atdığı bildirilir. “Qalatasaray” futbol azarkeşləri polis əməkdaşlarına təzyiq, hücum zamanı gözyaşardıcı qazdan istifadə ediblər. Polis rəisi daha sonra tədbiri bitirmək qərarına gəlib. Ancaq bütün azarkeşlər evlərinə getməyib.
Polisə qarşı müqavimət olub. İzdiham dağılmadan əvvəl polis əməkdaşlarına da daş və butulkalar atılıb. Jurnalistə gözyaşardıcı qaz vurulub.
Asayişi pozma, polislərə hücum və sağlamlığa ağır xəsarət yetirmə kimi 30 cinayət işi başlanıb. Xəsarət alan 33 polis əməkdaşından 4-ü sutka ərzində xidməti vəzifəsini tərk etməli olub, 2-si xəstəxanada müalicə olunub. Tədbirə ümumilikdə 180 polis əməkdaşı ayrılıb.