Qeyd edək ki, sözügedən məktəb jurnalistlərin binasına yaxın ərazidə, dəniz kənarında yerləşir. Sözügedən məktəbin SOCAR-a məxsus «Bakı İstedadlar Təhsil Mərkəzi» adlandığı bildirilir. Hazırda hadisə yerinə yanğınsöndürənlərin cəlb olunduğu bildirilir.
***
Yanğın saat 14:20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) söndürülüb. Bu barədə nazirliyin saytında məlumat verilib. FHN-in yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Səbayel rayonunda hazırda tikintisi başa çatmamış ümumi sahəsi 3000 kv.m olan idman zalının xarici divarlarına vurulmuş plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb. İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub.
çap et