ABŞ-ın keçmiş prezidenti Co Baydenin vəzifədən getdikdən cəmi bir neçə ay sonra prostat vəzi xərçənginə tutulması və xərçəngin irəli mərhələdə olması ABŞ ictimaiyyətində mübahisələrə səbəb olub. Mütəxəssislərin fikrincə, həkimlərin prostat xərçənginin bu sürətlə yayılan, “aqressiv” formasını əvvəllər aşkar etməməsi “ağılsız” idi.
“Daily Mail” qəzetinin yazdığına görə, ABŞ-ın aparıcı həkimləri və tibb mütəxəssisləri keçmiş prezidentə prostat xərçəngi diaqnozunun necə qoyula biləcəyini şübhə altına almağa başlayıblar. Buna uyğun olaraq, 50 yaşdan yuxarı kişilərdə rutin qan analizləri aparılarsa, bu tip prostat xərçəngini erkən mərhələdə aşkar etmək mümkündür.
***
ABŞ-ın Yale Universitetində radiologiya, biotibbi görüntüləmə, ictimai səhiyyənin idarə edilməsi və iqtisadiyyat üzrə professor Houi Forman, “O, prezidentlikdən getməzdən əvvəl bunun izlənilməməsi inanılmazdır”, – deyib. Formanın sözlərinə görə, Baydenin xərçənginin nə qədər "aqressiv" olduğunu nəzərə alsaq, prostata xüsusi antigen testi edilsəydi, onun bu diaqnozdan əvvəl xərçəng olduğu anlaşılardı.
Co Bayden hələ Demokratlar Partiyasının prezidentliyə namizədi olan 2024-cü ilin fevralında həkimi Kevin O'Konnor tərəfindən müayinə olunub. Valter Rid Milli Hərbi Tibb Mərkəzində müntəzəm müayinədən sonra Bayden vəzifəyə yararlı elan edilib. Formanın sözlərinə görə, Bayden əvvəllər dəfələrlə Prostat Xüsusi Antigen (PSA) testi keçirməli idi. Forman Baydenin inkişaf etmiş xərçəng diaqnozunu ilginc adlandırdı.
***
Forman daha sonra mövzu ilə bağlı başqa bir açıqlama verərək, Baydenin bütün bu onilliklər ərzində həqiqətən belə bir müayinədən keçib-keçmədiyini və onun PSA dəyərlərinin 70 yaşından əvvəl həmişə normal olub-olmadığını soruşub.
Forman, Baydenin xərçənginin sümüklərinə metastaz verdiyinə də diqqət çəkdi və Bayden kimi bir insanın səhiyyə xidmətlərinə çıxış imkanını nəzərə alaraq sümük metastazı diaqnozunun qoyulmasının qəribə olduğunu vurğuladı.
***
ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə tanınan “Fox News” xəbər kanalından Mark Sigel də Baydenin diaqnozu ilə bağlı çaşqınlığını ifadə edib. Sigel, dünən gecə etdiyi şərhdə, Baydenin prostat xərçənginin fiziki müayinə zamanı aşkar edildiyinə diqqət çəkib və “Əksər zaman PSA dəyərlərində bir artım görürük və bundan sonra gedirik”, – deyib.
Sigel, 50 yaşdan yuxarı bütün kişi xəstələrinin də bu sınaqdan keçirildiyini söylədi. Buna uyğun olaraq, əgər xəstənin PSA səviyyəsi yüksəkdirsə, xəstədən MRT tələb olunur və sonra biopsiya tələb edilib-edilməyəcəyinə qərar verilir.
Siegelin sözlərinə görə, Bayden sidik problemlərindən şikayətləndikdən sonra aparılan biopsiya xərçəngin artıq yayıldığını göstərib. Xərçəngin erkən mərhələlərində xəstələrin heç bir əlamət göstərmədiyini qeyd edən Sigel, “O, (Ağ Evdə) mümkün olan ən yaxşı yardımı almış olmalıdır. Bunun bu qədər irəliləməsi məni bir az heyrətə gətirdi. Bunu təqib etməsəydilər, həqiqətən də təəccüblü olardı, çünki tibb ictimaiyyətində hər kəs bunun kişilərdə diqqətli olmaq lazım olan bir xərçəng növü olduğunu bilir”, – deyib.
Sigel qeyd edib ki, Baydenin bir çox risk faktoru olmadığı görünsə də, 82 yaşın özü bir risk faktoru idi.