Vaxt.Az

Ardıcıl təkanlar təlaş yaratdı


 

Evbeya adasında fövqəladə vəziyyət elan edildi

Ardıcıl təkanlar təlaş yaratdı Egey dənizində ard-arda baş verən zəlzələlərdən sonra Yunanıstanın Evbeya adasında fövqəladə vəziyyət elan edilib.

Yunanıstanın dövlət televiziyası ERT-nin xəbərinə görə, dünən adada dəfələrlə baş verən və ən güclüsü 4,4 bal gücündə olan zəlzələlər bölgədəki binalara ziyan vurub.

Ərazidə 50-dən çox evə dəyən ziyan yoxlanılıb.

Adadakı Prokopi, Pili, Kirinthos və Mantudi qəsəbələrində dəyən ziyanın qiymətləndirilməsi davam etdiyi üçün bu gün bağlanan məktəblərin sabah da açılmamasına qərar verilib.

Limni Mantadiu Agias Annas bələdiyyəsi üçün bölgədəki dağıntılara görə fövqəladə vəziyyət elan edilib.

Dünən səhər saatlarından etibarən Evbeya adasında ən güclüsü 4,4 bal gücündə olan 10-dan çox zəlzələ baş verib.

 





19.05.2025    çap et  çap et