Vaxt.Az
Misirdə hərbi təlim təyyarəsi qəzaya uğradı
Ekipaj üzvləri həlak oldu
Misir Hərbi Hava Qüvvələrinə məxsus hərbi təlim təyyarəsinin təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilir. Hadisə zamanı təyyarədəki bütün ekipaj üzvlərinin həyatını itirdiyi açıqlanıb.Misir ordusunun sözçüsü briqada generalı Qərib Əbdül Hafiz
sosial media hesabında qəzanın uçuş zamanı yaranan texniki nasazlıq nəticəsində
baş verdiyini açıqlayıb.
Ordudan verilən açıqlamada qəzanın baş verdiyi ərazi ilə
bağlı dəqiq məlumat verilməsə də, hadisə ilə bağlı araşdırma başlanıldığı
bildirilib.
19.05.2025
çap et