Vaxt.Az

Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə


 

Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır

Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə Azərbaycan İsrailin “Elta” korporasiyasından “Gulfstream G550 CAEW” (Conformal Airborne Early Warning) təyyarəsi ilə maraqlanır, alınması əsla istisna deyil.

Bu təyyarə uzaq mənzilli radiolokasiya aşkarlaması (UMRA) sistemli olaraq əsasən hava və yerüstü hədəflərin böyük məsafədən aşkarlanması və izlənilməsi üçün istifadə olunur.

UMRA təyyarələri adətən güclü radiolokasiya sistemləri və digər elektron müşahidə vasitələri ilə təchiz olunub ki, bu sistemlər hədəfləri vaxtında aşkar etmək, növünü və dəqiq yerini müəyyənləşdirmək imkanı verir.

Təyyarədə “Gulfstream G550 CAEW”da “İFF” inteqrə edilmiş alt sistemi, “ESM/ELINT” elektron kəşfiyyat sistemi kompleksi və “COMİNT” kommunikasiya sistemi var.

Bundan başqa Azərbaycan Cənubi Koreyadan “KAI T-50 Golden Eagle”, İsveçdən “Saab JAS 39 Gripen”, Türkiyədən “Hürjet” döyüş təyyarələrinin Hərbi Hava Qüvvələrinin arsenalına qatmağı düşünür.

 





20.05.2025    çap et  çap et