Vaxt.Az

Qəzzada “HƏMAS”a etiraz


 

Narazı əhali terror təşkilatının tonlarla un saxladığı anbara basqın etdi

Qəzzada “HƏMAS”a etiraz İsrail ordusu Qəzza zolağının yarım milyon sakinini çimərlik yaxınlığındakı humanitar zonaya doğru hərəkət etməyə çağırır. Dünən İsrail ordusu (Israel Defense Forces) Qəzza zolağına 5 yük maşını uşaq qidası gətirib.

Yaxın günlərdə İDF bir Amerika şirkətinə hər həftə hər ailəyə paylanacaq təxminən 70 kiloqram ərzaq, geyim və dərmandan ibarət humanitar yardım paketlərini Qəzza zolağının sakinlərinə paylamağa başlamağa icazə verəcək. İsrail ordusu “HƏMAS” terrorçularının həmin humanitar yardımı talamamasının qarşısını almaq üçün Amerika şirkətinin təhlükəsizliyini təmin edəcək.

Bu gün Qəzza zolağının sakinləri “HƏMAS” terrorçularının tonlarla unun saxladığı binaya soxularaq bölgədə terror təşkilatının çıxarılmasını tələb edən nümayişlərə başlayıblar.

Son günlər “HƏMAS”ın 1 kiloqram unu 25 dollara şişirdilmiş qiymətə satdığı bildirilir. Bir siqaretin qiyməti 9 dollardır. Bir qutu siqaretin qiyməti 200 dollara qədər ola bilər. “HƏMAS” terror təşkilatı varlanmaq üçün Qəzza zolağının sakinlərini istismar edir. İDF bu qəddarlığı dayandırmağa çalışır.

 





20.05.2025    çap et  çap et