Vaxt.Az

FED gözləyin deyir


 

İki rəsmi sentyabrdan əvvəl faizləri azaltmağı ehtimal etmir

FED gözləyin deyir Nyu-York “FED”in prezidenti Con Uilyams və Atlanta “FED”in sədri Rafael Bostik qeyri-müəyyən iqtisadi perspektivi nəzərə alaraq siyasətçilərin sentyabr ayından əvvəl faiz dərəcələrini azaltmağa hazır olmadığını bildirib.

"Biz iyun və ya iyul aylarında nə baş verdiyini başa düşmək iqtidarında olmayacağıq. Məlumatların toplanması prosesi olacaq, biz daha aydın bir şəkil əldə edəcəyik və bunun necə baş verdiyini izləyəcəyik”, – Con Uilyams dünən İpoteka Bankerləri Assosiasiyasının ev sahibliyi etdiyi konfransda deyib.

Atlanta FED-in prezidenti Rafael Bostik də bazar ertəsi “Bloomberg”ə verdiyi müsahibədə faiz dərəcələrinin qısa müddətdə dəyişməyəcəyinə dair oxşar bir mesaj verib.

“Tramp administrasiyasının davam edən ticarət danışıqları uzanarsa, biz bunu yaya qədər daha da irəli apara və bir neçə ay sonra real təsirlərin nə olacağını görə bilərik”, – Bostik deyib.

Bostik, siyasətçilərin "üç-altı ay" gözləməli olduğunu da söylədi. O, hələ də ticarət danışıqlarının gözlənildiyindən daha sürətli gedə biləcəyinin və tariflərin daha da aşağı salınmasının mümkün olduğunu bildirib.

FED-in növbəti üç iclası iyun, iyul və sentyabr aylarında keçiriləcək.

İnvestorlar siyasətçilərin 17-18 iyun tarixlərində keçiriləcək iclasında uçot dərəcəsinin azaldılması ehtimalını 10 faizdən aşağı görürlər.

 





20.05.2025    çap et  çap et