Vaxt.Az

Senat Trampın qudasına “hə” dedi


 

ABŞ prezidentinin qızı İvankanın qayınatası Kuşner Fransaya səfir təyin olundu

Senat Trampın qudasına “hə” dedi ABŞ Senatı Çarlz Kuşnerin səfir vəzifəsinə təsdiqləyib. ABŞ Senatının Baş Assambleyasında keçirilən səsvermədə 51 “hə” və 45 “xeyr” səsi alan iş adamı, prezident Donald Trampın qudası Kuşner ABŞ-ın Parisdəki yeni səfiri olub.

Trampın qızı İvanka Trampla evli olan Cared Kuşnerin atası Çarlz Kuşnerin yaxın vaxtlarda and içəcəyi gözlənilir.

***

Prezident Tramp noyabrın 30-da verdiyi açıqlamada, “Çarlz Kuşneri ABŞ-ın Fransadakı səfiri vəzifəsinə irəli sürməkdən məmnunam. O, ölkəmiz və onun maraqlarının güclü müdafiəçisi olacaq möhtəşəm bir sahibkar, xeyriyyəçi və iş adamıdır”, – demişdi.

Tramp, qudasının ABŞ Holokost Memorial Şurasında, Nyu-York və Nyu-Cersi “Port Authority”nin komissarı və sədri vəzifələrində çalışdığını, həmçinin Nyu-York Universiteti də daxil olmaqla mühüm qurumların direktorlar şuralarında xidmət etdiyini bildirib.

***

Çarlz Kuşner 2005-ci ildə vergidən yayınma, seks alveri və qeyri-qanuni kampaniya ianələrində təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilib.

23 dekabr 2020-ci ildə, prezidentlik müddətinin bitməsinə həftələr qalmış Tramp Çarlz Kuşner də daxil olmaqla məhbuslar üçün əfv sərəncamı verdi.

ABŞ qanunlarına görə, prezident cinayəti etiraf etməsindən və ya hakim tərəfindən təqsirli bilinməsindən asılı olmayaraq, istədiyi hər kəsə əfv verə bilər.

 





20.05.2025    çap et  çap et