Vaxt.Az

Çaldırana çatdıran səbəblər ...


 

... Yaxud qanlı qardaş qarşıdurmalarının acısı

Çaldırana çatdıran səbəblər ... Tarixdə dövrünün siyasi hadisələrini böyük miqyasda dəyişən hətta müasir dünya siyasi xəritəsinin formalaşmasına təsir edən türk imperiyaları arasında 3 böyük və qanlı qardaş qarşıdurması baş verib. Teymur və Toxtamış xan arasında (1391 Terek və 1395 Kundurça), Teymur və Bəyazid arasında (1402) və Sultan Səlim və Şah İsmayıl arasında (1514) Bunlardan bizim üçün ən acısı Çaldıran döyüşüdür . Əslində İsmayıl və Səlimin siyasi yolunu xarakterizə etsək hər ikisi milli yox dini savaşçı olublar. Səlimin dövründə Osmanlıda əsəbləşmə, İsmayılın dövründə isə dövlət dili Azərbaycan türkcəsi olan öz sələfi Ağqoyunludan fərqli olaraq saray dilinin fars dilinə dönməsi baş verdi.


Sultan Səlimi Çaldırana aparan səbəblər – onun əsl  hədəfi, siyasi mübarizəsi

 

1514-cü ildə baş verən Çaldıran döyüşü, Osmanlı–Səfəvi münasibətlərində dönüş nöqtəsi oldu. Tarixdə bu döyüş çox zaman Osmanlının dini və siyasi üstünlük yürüşü kimi təqdim edilsə də, əslində Sultan I Səlimin əsas hədəfi Avropa idi. Bəs onu bu kursdan ayırıb Şərqə — Səfəvilərə qarşı yönəldən səbəblər nə idi? Bu səbəblərdən 3 və ən böyüyünü sadalayıram.

Bu səbəbləri saymazadan əvvəl Səlimin siyası münasibətlərə baxış bucağına, yanaşma tərzinə baxaq. Səlim Osmanlı sultanları içərisində özünü Xəlifə elan edən ilk sultan idi.

Deməli Səlımin siyasi mübarizəsi dini mahiyyət daşıyırdı.  O daha çox bir cihadçı idi. Bir faktı da qeyd edim Səlim hakimiyyəti ərzində (1512-1520) Osmanlını ən çox böyüdən Sultan olub, qısa müddət ərzində Osmanlının ərazisini 2,5 milyon kv/km dən 6,5 milyon kv/km-ə çatdırıb.

İsmayıl da öz hakimiyyəti dövründə Səfəvi imperiyasının ərazisini 1 milyon kv/km-dən  2,8 kv/km-ə qədər böyütmüşdü. Hər  iki sərkərdə türk dünyasının böyük sərkərdəsidir. Amma tarixə obyektiv yanaşmaq lazımdır. Dahi Atatürkün bir kəlamını tez-tez istifadə edirəm. “Atatürk deyir ki, “Tarix yazmaq, tarix yaratmaq qədər mühümdür. Yazan yaradana sadiq qalmazsa, dəyişməyən həqiqət, insanlığı çaşdıracaq bir mahiyyət alar.

 

1. Osmanlı–Venesiya müharibəsi və Səfəvi–Venesiya əlaqələri (1499–1503)

 

1499–1503-cü illərdə Sultan II Bəyazid dövründə Osmanlı imperiyası Venesiya ilə ağır müharibəyə girdi.

Bu müharibə zamanı (1501–1503) Şah İsmayıl Səfəvi yeni bir güc kimi meydana çıxdı və Osmanlıya qarşı diplomatik alternativlər axtardı.

Tarixi qeydlərə görə, Səfəvilər Venesiya ilə əməkdaşlıq üçün əlaqə yaratmış və ortaq düşmən olan Osmanlıya qarşı ittifaq təklif etmişdilər.

Venesiya xronikalarında bu təmaslar təsdiqlənir. Bu, Sultan Səlim üçün ciddi bir siyasi təhlükə siqnalı idi.

 

2. Şah İsmayılın Şeybani xanın başını Sultan Bəyazidə göndərməsi (1510)

 

1510-cu ildə Mərv döyüşündə Şah İsmayıl Şeybani xanı məğlub edib öldürtdü.

Onun baş dərisi çıxarılıb içi samanla doldurularaq Sultan Bəyazidə göndərildi. Bu Osmanlı sarayı üçün həm təhqir, həm də ideoloji meydan oxuma idi.

Sultan Bəyazid qoca və passiv olduğundan bu təhqirə cavab vermədi, lakin onun oğlu Səlim bu hadisəni qürur məsələsinə çevirdi.

 

3. Şahqulu üsyanları və Səfəvi ideologiyasının Anadoluda yayılması (1511)

 

1511-ci ildə Səfəvi təəssübkeşi Şahqulu Anadoluda qızılbaş üsyanı qaldırdı.

Minlərlə nəfərdən ibarət bu üsyançılar Şah İsmayılı imam və xilaskar sayaraq, Səfəvi hakimiyyətini Anadoluda qurmağa çalışdılar.

Üsyan Osmanlı nizamına ciddi təhlükə yaratdı və Anadolu türkləri arasında Səfəvi təsirinin nə qədər güclü olduğunu ortaya qoydu.

Sultan Səlim üçün bu artıq yalnız xarici təhlükə deyildi — imperiyanın içində məzhəb və siyasi parçalanma başlamışdı.

Əslində Səlim Çaldırandan əvvəl Avropa yürüşünə hazırlaşmışdı, ölümündən sonra bu yürüş onun oğlu həyata keçirdi.

Belqrad (1521) üzərinə hücum üçün hazırlıqlar etdi (lakin onu oğlu Süleyman fəth etdi),

Cənubi Balkanlarda Avstriya sərhədlərinə qədər yeni yollar qurulmuşdu,

Avropaya qarşı 3-dən çox böyük yürüş planı hazırlanmışdı (bu planların bir qismini Qanuni həyata keçirdi)

 

Nəticə:

 

Sultan Səlimin əsas məqsədi Avropaya yönəlmək və Osmanlını qərbdə gücləndirmək idi. Lakin Səfəvilərin siyasi və ideoloji təhdidi, Şeybani hadisəsi və Şahqulu üsyanı onun diqqətini şərqə çəkdi.

Nəticə bu 3 türk imperiyasının toqquşmasından ən çox qazanan rus imperiyası oldu.  Bu toqquşmasının acısını isə param parça olmuş türklər görərək tarix səhnəsindəki yerlərini ruslara uduzdular.

 





20.05.2025    çap et  çap et