“Naftemporiki”nin məlumatına görə, “Biz əvvəllər belə böyük giləmeyvə verən məhsul görməmişdik. Onların bəziləri çox böyükdür və gavalı, hətta kivi ölçüsünə çatır. Bu, bizim üçün çiyələk mövsümünün mükəmməl başlanğıcıdır”, – “The Summer Berry Company”yə məxsus fermanın meneceri Bartoz Pikonz deyib.
Britaniya Çiyələk Yetiştiricileri Federasiyasının məlumatına görə, soyuq gecələr çiyələk bitkilərinə gün ərzində qazandıqları enerjidən daha çox təbii şəkər istehsal etmək üçün istifadə etməyə imkan verir. Böyük çiyələklər mütləq daha şirin olmasa da, son aylarda isti günlərin və sərin gecələrin birləşməsi giləmeyvələrə “mükəmməl” təsir edib.
1970-ci illərdən bəri ən qaranlıq yanvar və fevral, 1910-cu ildən bəri isə ən parlaq mart və aprel aylarını yaşadıqlarını deyən Pinkoz, hazırda fermada yetişdirilən çiyələklərin normaldan yüzdə 10-20 daha böyük olduğunu, buna görə də yemək üçün kəsmək məcburiyyətində qalan istehlakçıların ağzına sığmadığını söylədi.
Böyük Britaniya yetişdiriciləri may ayının əvvəlki iki ayda olduğu kimi eyni iqlim tendensiyasını izlədiyini, çiyələklərin hələ də tarlalarda çox sayda göründüyünü söylədi.