Vaxt.Az

Ən hündürboy liderlər


 

Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar

Ən hündürboy liderlər Zaman-zaman ölkələrini idarə liderlərin fiziki xüsusiyyətləri də qərarları qədər müzakirə mövzusuna çevrilir. Dünyanın hər yerində liderlər təkcə siyasətləri ilə deyil, fiziki xüsusiyyətləri ilə də məşhurlaşır. Ağlı ilə, natiqliyi ilə seçilən dövlət başçıları həmçinin boyları ilə də diqqəti cəlb edir. Xüsusilə beynəlxalq zirvələrdə bir araya gələndə kamera obyektivinin ilk tutduğu detallardan biri boy fərqidir.

Hündür boy liderlər təkcə siyasi mövqeyi ilə deyil, həm də vizual görünüşü ilə ictimaiyyətdə güclü təəssürat yaradır.

Bu maraqlı reytinqin yuxarı hissəsində sözün əsl mənasında “kölgə qoyan” bir ad var: Albaniyanın baş naziri Edi Rama, boyu 2 metrdən çox olan hazırkı lider tituluna sahibdir.

***

“Ginnesin Rekordlar Kitabı”na görə, hazırda ən uzun boylu lider Albaniyanın baş naziri Edi Ramadır. Boyu 200,66 sm olan Rama əvvəllər peşəkar basketbol oynayan idmançıdır. Bu fiziki xüsusiyyəti sayəsində o, dünya liderləri arasında sözün əsl mənasında “fərqlənir”.

***

Qeyri-ənənəvi üslubu və diplomatik jestləri ilə də tanınan Edi Rama bu yaxınlarda Avropa Siyasi Birliyinin sammitində İtaliyanın baş naziri Corca Melonini qırmızı xalçada qarşılayarkən diqqət çəkib.

***

Edi Ramanı izləyən digər uzun boylu liderlər bunlardır:

Aleksandar Vučić (Serbiya Prezidenti): – 198 sm

Donald Tramp (ABŞ Prezidenti) – 192 sm

İlham Əliyev (Azərbaycan Prezidenti) – 190 sm

Rəcəb Tayyib Ərdoğan (Türkiyə Prezidenti) – 185 sm

Si Cinpin (Çin lideri) – 180 sm

Keir Starmer (Böyük Britaniya Baş naziri): – 177 sm

Vladimir Putin (Rusiya Prezidenti): – 170 sm

***

Siyahının digər ucunda İrlandiya prezidenti Maykl Deniyel Hiqqins (160 sm) və İtaliya Baş naziri Corca Meloni (158 sm) dayanır.

Liderlərin boyu media və ictimaiyyət tərəfindən bəzən yumoristik şəkildə müqayisə edilsə də, ekspertlər bu cür fiziki detalların siyasi bacarıqlara kölgə salmamalı olduğunu deyirlər.

 





20.05.2025    çap et  çap et