Vaxt.Az

“Citi”dən dollar təhlili


 

ABŞ valyutasının devalvasiyası söhbətləri

“Citi”dən dollar təhlili “Citigroup” strateqləri ABŞ-ın ticarət tərəfdaşları ilə tarifləri azaltmaq üçün razılaşma əldə etdikdən sonra dolların dəyərini itirə biləcəyini proqnozlaşdırırdılar.

“Citigroup Inc”, ölkələrin Vaşinqton ilə ticarət danışıqlarının bir hissəsi olaraq valyuta siyasətini müzakirə edəcəklərini və “G7” maliyyə liderlərinin görüşündən sonra ABŞ valyutasının daha da ucuzlaşa biləcəyini söylədi.

Bank strateqləri qeyd edirlər ki, Vaşinqton çətin ki, dolları qəsdən zəiflətməkdə aqressiv mövqe tutsun, lakin ABŞ ticarət tərəfdaşları ilə danışıqlar nəticəsində tarifləri aşağı salmaq barədə razılığa gələrsə, dollar dəyərini itirə bilər.

“G7” toplantıları öncəsi valyuta siyasəti gündəmin mərkəzinə çevrilib. Cənubi Koreya və Tayvan rəsmiləri bu məsələni ABŞ ilə müzakirə etdiklərini bildiriblər.

Yaponiyanın maliyyə naziri Katsunobu Kato da bu həftə ABŞ Maliyyə Naziri Skott Bessent ilə ikitərəfli görüş planlaşdırdığını və görüşdə valyuta məsələlərinin də müzakirə ediləcəyini açıqlayıb.

“Citigroup” strateqləri gömrük rüsumlarının azaldılması ilə bağlı danışıqlarda valyuta məzənnələrinin artırılması tələblərinin olacağını, Yaponiya və Çinlə yanaşı, digər Şərqi Asiya ölkələrinin də bu istiqamətdə hədəf ola biləcəyini bildiriblər.

“Citigroup” Bessentdən dolları devalvasiya etmək üçün 1985-ci ildə imzalanmış Plaza Sazişi kimi sazişdən çox, valyuta məzənnələrinin tənzimlənməsində mərkəzi bankların rolunu vurğulayacağını gözləyir.

 





20.05.2025    çap et  çap et