Vaxt.Az

Mask “kəmərləri sıxır”


 

Dünyanın ən varlı adamı siyasi xərcləri azaldır

Mask “kəmərləri sıxır” Dünyanın ən varlı adamı İlon Mask gələcəkdə siyasi xərclərini əhəmiyyətli dərəcədə azaldacağını deyib. ABŞ-lı iş adamı indiyə qədər kifayət qədər iş gördüyünü və gələcəkdə bu işləri bir az azaldacağını bildirib. Bu bəyanat 2026-cı il aralıq seçkiləri ərəfəsində ABŞ Prezidenti Donald Tramp və Respublikaçılara mümkün zərbədir.

Mask bu gün Qətər İqtisadi Forumunda keçirilən paneldə “Gələcəkdə daha az iş görəcəyəm” dedi. Niyə bu yanaşma dəyişikliyi etdiyini soruşduqda, Mask, “Mən kifayət qədər etdiyimi düşünürəm”, – cavabını verib.

Federal işçi qüvvəsini azaltmaq üçün yaradılan Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik edən milyarder iş adamı Mask 2024-cü il prezident seçkiləri dövründə ən böyük siyasi donor idi.

 





20.05.2025    çap et  çap et