Vaxt.Az

“Suriya həftələr ərzində çökə bilər”


 

ABŞ Senatında vətəndaş müharibəsi xəbərdarlığı

“Suriya həftələr ərzində çökə bilər” ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərq və Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib. Dövlət katibi xəbərdarlıq edib ki, Suriya bir neçə həftə ərzində vətəndaş müharibəsi astanasında ola bilər. Rubio Senatın Xarici Əlaqələr Komitəsinə xəbərdarlıq edib ki, Suriyadakı müvəqqəti administrasiya potensial çöküşdən və epik ölçülərdə tammiqyaslı vətəndaş müharibəsinə aylar deyil, bəlkə də həftələ qalıb.

“Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, açıq şəkildə, üzləşdikləri çətinlikləri nəzərə alsaq, müvəqqəti administrasiya aylar deyil, həftələr ərzində dağılmaq ərəfəsində ola bilər və ölkəni təsirli şəkildə parçalayaraq, kütləvi miqyasda vətəndaş müharibəsi başlaya bilər”, – Rubionun açıqlaması deyilir.

Digər tərəfdən ABŞ katibi Rubio da “Xarici yardımları davam etdirəcəyik” ifadəsini işlədib.

 





20.05.2025    çap et  çap et