“Bu, müharibə səhnəsi kimi idi. Bir saat ərzində 255 mm yağış yağdı, böyük bir daşqın oldu. Rayonda yollar, körpülər dağıdılıb, elektrik enerjisi və içməli su kəsilib”, – Lavandou meri Gil Bernardi deyib.
***
Həyatını itirənlərdən ikisinin Lavandouda avtomobili ilə birlikdə sürüklənən yaşlı cütlük olduğu bildirilib. Digər qurban isə Vidauban şəhərindən olan 81 yaşlı qadındır. Digər itkin düşənlərin axtarışları davam edir.
***
Mütəxəssislərin fikrincə, belə kəskin hava hadisələrinin səbəbi daşqınlardır. Bu təbii hadisə iqlim dəyişikliyi ilə daha tez-tez və dağıdıcı xarakter alır.
***
Bordo-Tuluza qatar xətti güclü yağış səbəbindən yararsız hala düşüb. TGV xidmətləri ləğv edilərkən, relslərin altındakı yerin çökməsi nəticəsində bir qatarın təhlükəli şəkildə dayandırıldığı bildirildi. Gecə yarısı avtobuslarla 507 sərnişin təxliyə edilib. Cənubda bir çox məktəblər də daşqın və damlara təzyiq səbəbindən bağlanıb.
***
Qaron vadisində dolu nəticəsində əkin sahələrinə ziyan dəyib. Lot-et-Qaronne bölgəsində qarğıdalı, soya və günəbaxan sahələrini palçıq daşqınları aparıb. Armagnac və Tursan rayonlarında üzüm bağlarına da ziyan dəyib.