Tədbirdə ABŞ Kosmik Qüvvələrinin direktor müavini general Maykl Qetleynin də iştirakı gözlənilir. Adının açıqlanmasını istəməyən bir məmur “Reuters”ə bildirib ki, Qetleyn layihəyə rəhbərlik etmək üçün təyin olunacaq.
“Qızıl qübbə” layihəsinin dəyərinin on milyardlarla dollar olacağı və həyata keçirilməsinin illər çəkəcəyi gözlənilir. Mübahisəli proqram həm siyasi nəzarət, həm də maliyyə qeyri-müəyyənliyi ilə bağlı çətinliklərlə üzləşir.
***
“Qızıl qübbə”, Tramp-ın 2025-ci ilin yanvarında verdiyi sərəncamda qurudan, dənizdən və kosmosdan ballistik, hipersəs və qanadlı raketlərə qarşı çoxqatlı müdafiəni təmin edəcəyini açıqladığı “gələcək nəsil” müdafiə qalxanı təşəbbüsüdür.
Sistem peyk əsaslı erkən xəbərdarlıq və monitorinq şəbəkələrini, quru və dəniz platformalarında qurulacaq müdafiə bölmələrini, lazer silahlarını və komanda-nəzarət infrastrukturunu bir araya gətirərək hərtərəfli mühafizə qalxanı qurmağı hədəfləyir.
Onun dəyərinin yüz milyardlarla dollara çata biləcəyi və 2030-cu ildə tam gücü ilə istifadəyə veriləcəyi təxmin edilir. Layihənin idarə edilməsi və inkişaf tədqiqatları – BAZA, Kosmik Qüvvələri “Lockheed Martin”, “SpaceX”, “Palantir” və “Anduril” də daxil olmaqla həm dövlət, həm də özəl sektor aktorlarının əməkdaşlığına arxalanacaq.