Vaxt.Az

Ukraynada ABŞ muzdluları


 

Rusiyayönlülərə qarşı döyüşən 400 komandos əsgəri haqda təfərrüat...

Ukraynada ABŞ muzdluları ABŞ təhlükəsizlik şirkəti «Blackwater»in davamı olan «Akademi»yə bağlı muzdlu əsgərlərin Ukraynanın şərqində rus separatçılarına qarşı döyüşməsi haqda iddia irəli sürülmüşdü.

Bildirilirdi ki, «Akademi»yə bağlı 400 muzdlu əsgər partizan əməliyyatlarını idarə edir.

Almaniyanın həftəlik «Bild am Sonntag» qəzeti mövzuyla bağlı məlumatı Alman xarici kəşfiyyat təşkilatı BND-dən əldə etdiyini bildirir.

«Axar.az» məlumat verir ki, xəbərdə Ukraynada təxminən 400 Amerikan muzdlu əsgərin rus aktivislərinə qarşı əməliyyata hazır olduğu bildirilir.

Qəzetdə qeyd olunur ki, muzdlu əsgərlər Əfqanıstan və İraqda tapşırıq yerinə yetirən «Blackwater» adlı təhlükəsizlik şirkətinin davamı olan «Akademi»yə bağlı dəstədir. Eyni zamanda yaxşı təhsilli və ağır silahlı əsgərlərin Luqansk şəhərində partizan əməliyyatlarını idarə edir.

Qəzet əldə etdiyi məlumatların Ukraynada xüsusi birliklər tərəfindən təşkil olunan əməliyyatları əks etdirdiyini irəli sürür. Eyni zamanda qəzet, BND-nin bu məlumatları 29 aprel tarixində Almaniya baş nazirliyinə hesabat verdiyini irəli sürür.

Qəzet bir çox maraqlı məqamlara toxunur, rus hərbi hava qüvvələrinin dəfələrlə Ukrayna hava sərhədini qəsdən pozduğunu irəli sürür. Eyni zamanda rus ordusunun qərargah mövqeyində olan əsgərlərin telsiz rabitə danışıqlarını Amerikan kəşfiyyat təşkilatı NSA tərəfindən izlənildiyi, deşifrə edildikdən sonra isə Alman kəşfiyyat təşkilatına ötürüldüyü bildirilir.

Məlumat üçün bildirək ki, «Wikileaks» şəbəkəsi İraq müharibəsində tapşırıq yerinə yetirən əsgərlərin iraqlı vətəndaşlara atəş açaraq öldürdüyünü və işgəncə verdiyini ortaya qoyan sənədlər nəşr etmişdi. Buna görə də «Blackwater» qara adını silmək üçün 2009-cu ildə «Xe Services», 2011-ci ildə isə «Akademi» adı ilə fəaliyyət göstərmişdi.

 





12.05.2014    çap et  çap et