Köhnə administrasiya müdafiəçilərinin Əsədin qayıdışına olan ümidləri günü-gündən azalsa da, onun dövründə kimlərin rejimə donos çatdırması sualı insanların beynində qalmaqda davam edir.
“The Washington Post” qəzeti yeni hesabatında 2011-ci ildə başlayan vətəndaş müharibəsindən gələn donosların ölkənin birlik və həmrəyliyinə necə təsir göstərdiyini araşdırıb.
Qonşuların və iş yoldaşlarının bir-birindən gizli xəbər verməsinin cəmiyyətin quruluşuna düzəlməz ziyan vurduğu bildirilir. Hamdi əl-Bərbəri mart ayında damındakı göyərçinlərə qulluq etmək üçün dama çıxanda ona atəş açıldığını deyib.
Çörəkçi atası Əbu Əymənin donos çatdırmaqda günahlandırıldığı üçün hədəfə alındığını düşünür.
Eyni bölgədən olan bir məğrib ailəsi də ABŞ jurnalistinə bildirib ki, Əbu Ayman və onun böyük oğlu Vasim hökumətyönlü yaraqlılara qoşulub və hökumət əleyhinə qrupları terror edib.
Vətəndaş müharibəsi zamanı əmisi oğlu Musa ilə birlikdə işgəncələrə məruz qalan Əhməd Məğribi qonşuları haqqında bunları deyir: “Əbu Eymən bizə xəbər verdi. Ailəmizə o qədər ziyan vurdu ki”.
Əbu Əymən yalnız bir hadisədə kəşfiyyatçıları onu təhdid edən insanların evinə apardığını və onların həbsdə öldüyünü etiraf edib. Lakin o, Əhmədi və ya digər qonşularını hədəf almadığını iddia edib.
Əbu Əymən əl-Bərbəri əlavə edib ki, Əsəd tərəfdarı olan silahlı birləşmələrə qoşulmasaydı, öz evləri müsadirə oluna bilərdi.
“The Washington Post”, paytaxt Dəməşqin cənubundakı Tadamon məhəlləsində yaşayan iki sünni ailəsi arasında gərginliyin azalma ehtimalının az olduğunu və bu kimi oxşar hadisələrin ölkədə daha çox olduğunu yazıb.
Yeni administrasiyanın birlik və həmrəyliyi təmin etmək istədiyi, lakin bunun necə ediləcəyi ilə bağlı adekvat həll təkliflərinin olmadığı da bildirilib.
Köhnə rejimin bəzi tərəfdarlarının evlərini və maşınlarını Əsəd müxaliflərinə verərək barışmağa çalışdığı, bir çoxunun isə başqa yerlərə qaçdığı bildirilib.
Tramp çərşənbə axşamı Səudiyyə Ərəbistanına səfəri zamanı Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırdığını açıqlayıb. Vaşinqton sanksiyaların ləğvi üçün Dəməşq administrasiyasına beş şərt təqdim etmişdi. Bunlara İsraillə İbrahim sazişinin imzalanması, əcnəbi yaraqlıların, o cümlədən fələstinli döyüşçülərin ölkədən çıxarılması, İŞİD həbsxanalarının Dəməşq hökuməti tərəfindən ələ keçirilməsi və İŞİD-ə qarşı mübarizədə ABŞ-a köməklik daxildir.