Vaxt.Az

Hayfa limanına “dəniz embarqosu”


 

Husilər İsraili təhdid edir

Hayfa limanına “dəniz embarqosu” Husilər Qəzza zolağında davam edən hərbi əməliyyata cavab olaraq İsraili təhdid edib. “Reuters” xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər bu gün Hayfa limanına dəniz embarqosu tətbiq edib.

Husilərə bağlı “Əl-Məsirə” televiziyasının verdiyi hərbi bəyanatda, “Hayfa limanına dəniz embarqosu tətbiq etmək qərarı İsrailin qəddar təcavüzünü gücləndirməsinə və Qəzzada fələstinlilərin mühasirəyə alınmasına və aclığa məruz qalmasına cavabdır”, – deyilib.

Bəyanatda Hayfa limanında gəmiləri olan və ya bu limana gedəcək bütün şirkətləri bəyanatda qeyd olunan və daha sonra qeyd olunacaq məsələləri nəzərə almağa çağırıb.

İsrail ordusu bazar günü səhər Yəməndən edilən raket hücumunun qarşısını aldığını, husilər isə Tel-Əviv yaxınlığındakı Ben Qurion Beynəlxalq Hava Limanına iki raketlə hücum etdiklərini açıqlayıb.

İsrail ordusunun bəyanatında, “Yəməndən atılan raket zərərsizləşdirilib və ölkənin müxtəlif bölgələrində həyəcan siqnalları işə salınıb”, – deyilir.

Husi ordusunun sözçüsü Yəhya Seri, hücumların “Qəzzaya hücumlar dayandırılana və mühasirə qaldırılana qədər” davam edəcəyini açıqlayıb.

2023-cü il oktyabrın 7-də “HƏMAS” terror təşkilatının İsrailə hücumundan və törətdiyi qətliamdan sonra Qəzza zolağında müharibənin başlamasının ardından Husilər İsrailin hücumları məruz qalan Qəzza zolağı xalqına dəstək olmağı hədəflədiklərini bildirərək, Tel-Əvivə onlarla raket və pilotsuz uçuş aparatı (PUA) hücumu təşkil etdilər.

 





20.05.2025    çap et  çap et