Vaxt.Az

İsrail İranın planını ifşa etdi


 

Kəşfiyyat agentliyi Tehran rejiminə işləyən iki nəfəri həbs etdiyini açıqladı

İsrail İranın planını ifşa etdi İsrailin müdafiə naziri Yisrael Katz, aprel ayında edilən həbslərə istinad edərək, İranın “özlərinə zərər vermək üçün” iki israillini işə götürdüyünü söyləyib.

“Heç bir təhdid məni çəkindirməyəcək və mən öz vəzifəmi yerinə yetirməyə davam edəcəyəm”, – Katz deyib.

İsrailin daxili kəşfiyyat agentliyi Şin-Bet bu gün səhər saatlarında iki şübhəlinin İrana casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.

Şin Bet xəbər verir ki, israillilərə külli miqdarda pul ödənilib və bomba hesab etdikləri şeyi daşımaq tapşırığı verilib.

İsrail Qəzza müharibəsi başlayandan bəri İranın xeyrinə casusluq etdiyi üçün çoxlu insanı həbs edib.

 





20.05.2025    çap et  çap et