Əgər siz nə vaxtsa dünya xəritəsinə nəzər salmısınızsa, yəqin ki, Avstraliyanın Asiya qitəsindən nə qədər uzaqda olduğunu görmüsünüz.
Lakin bu vəziyyət çox yavaş da olsa dəyişir.
Avstraliya hər il təxminən 7 santimetr şimala doğru irəliləyir. Bu, dırnaqlarımızın böyüməsi ilə demək olar ki, eyni nisbətdir.
Bu kiçik hərəkətlər zamanla toplana bilər, qitələrin yerdəyişməsinə səbəb olar, iqlim və ekosistemlərə ciddi təsir göstərər.
***
Avstraliya Antarktidadan təxminən 80 milyon il əvvəl ayrılıb və o vaxtdan bəri şimala doğru irəliləməkdə davam edir.
Bu o deməkdir ki, çox uzun müddətdə, bəlkə də yüz milyonlarla il sonra Asiya qitəsi ilə toqquşacaq.
Kurtin Universitetinin professoru Jeng-Xiang Li 2009-cu ildə verdiyi açıqlamada bu prosesi izah etmişdi: “İstəsək də, istəməsək də, Avstraliya qitəsi Asiya ilə toqquşacaq”.
Linin fikrincə, bu, Yer tarixində təkrarlanan kontinental tsiklin bir hissəsidir.
Qitələr zamanla bir-birindən uzaqlaşır, lakin sonra yenidən birləşirlər. Bu proses keçmişdə dəfələrlə olub.
***
Qitələrin toqquşması seysmik aktivliyin artmasına və daha tez-tez zəlzələlərə səbəb ola bilər. Avstraliya tropik sulara yaxınlaşdıqca Böyük Baryer rifi əmələ gəlir. Oxşar coğrafi dəyişikliklər yenidən baş verə bilər.
Avstraliyanın Asiya ilə toqquşması yalnız bu qitədə yaşayan kenquru, koala və vombatlar kimi növlərin Asiya məməliləri ilə rəqabət aparmasına səbəb olacaq.
Başqa sözlə, yeni ekoloji şəraitə uyğunlaşa bilməyən növlər nəsli kəsilmək təhlükəsi ilə üzləşə bilər.
***
Avstraliyanın şimala doğru hərəkəti bu gün də müəyyən təsirlərə malikdir. 2016-cı ildə aparılan araşdırmaya görə, qitənin hərəkəti səbəbindən Avstraliyanın GPS koordinatları 1,5 metr kənara çıxıb.
Bu xətanı düzəltmək üçün ölkənin rəsmi koordinatları 1,8 metr yenilənib. Bu cür kənarlaşmalar naviqasiya sistemləri, peyk texnologiyaları, aviasiya və avtonom nəqliyyat vasitələri üçün böyük risklər yarada bilər.
Böyük toqquşma milyonlarla il uzaqdadır, lakin onun təsirləri bu gün hiss olunur.
Avstraliyalılar və onlardan sonrakı bir çox nəsillər bu toqquşmanın şahidi olmasalar da, qitənin yavaş, lakin davamlı hərəkətinin incə təsirləri artıq görünməyə başlayır. Bu, indi alimlərin diqqətlə izləməyə davam etməli olduğu geoloji reallıqdır.