Transfer məsələsini sponsor dəstəyi ilə həll etməyə hazır olan rəhbərlik nigeriyalı hücumçunun cavabını gözləyir. Osimhen daha əvvəl kubok mərasimində “Yarım yarım” mahnısını ifa edəcəyini desə də, “Qalatasaray” cəbhəsinin planı fərqlidir. Sezən Aksunun ifa etdiyi və sözləri "Lütfən getmə, dur! Hələ ayrılmağa hazır deyiləm. Aramızda yarımçıq qalan şeylər var" adlı mahnı Osimhen üçün səsləndiriləcək. “Getmə” mesajı ilə şənliklərdə son kartını oynayacaq sarı-qırmızılılar ulduz futbolçunun qalması üçün hər cür şansı sınayır. “Qalatasaray”da 36 qol vuraraq (mövsümün bitməsinə 2 tur qaldığı üçün daha da arta bilər) karyera rekordunu qıran Osimhen kral tacını taxmaq üçün günləri sayır.
***
Qapıçısı, komandanın kapitanı və əfasnəsinə çevrilən Muslera ilə vidalaşmağa hazırlaşan "Qalatasaray"da qapıçı axtarışlarına başlanılıb. Fransanın “Nitsa” komandasının qapısını qoruyan Marçin Bulka namizədlərdən biridir. Klubla 1 illik müqaviləsini yeniləməyən Bulkanın maliyyə vəziyyəti müzakirə olunub. "Nitsa"nın iki rəqəmli transfer haqqı gözlədiyi öyrənilib. “Çelsi”nin gənclər akademiyasında 25 yaşı yetişən Bulkanın boyu 1,99 metrdir. Bu mövsüm 40 matçda meydana çıxan polşalı bir nömrə Çempionlar Liqası faktoru ilə bağlı “Qalatasaray”ın marağına müsbət yanaşır. Fransız klubu həmyerlisi Frankovski ilə də əlaqə saxlayan futbolçu üçün 15 milyon avro müqabilində danışıqlara başlayıb. Qalatasaray tərəfi bu məbləği 10 milyon avronun altına salmağa çalışır. Bundan əlavə, İspaniya mətbuatı “Defensa Central” Cim-Bomun Real Madridin 26 yaşlı ukraynalı qapıçısı Andrey Lunini nəzərdən keçirdiyini yazıb.
Marçin Bulka kimdir?
Doğum tarixi: 4 oktyabr 1999-cu il
Yaş: 25
Boy: 1.99
Ölkə: Polşa
Doğulduğu yer: Plock
Yetişdiyi klub: Çelsi
Ayaq: Sağ
Müqavilənin sonu: 30 iyun 2026-cı il
Bazar dəyəri: 20 milyon avro