ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getleynin 175 milyard dollarlıq layihənin baş proqram meneceri olacağını və bu səylər üçün onu hərbi planlaşdırmanın əsas fiquru kimi göründüyünü açıqladı.
***
“Qızıl qübbə” hava hücumundan müdafiə sisteminin 3 illik missiyası çərçivəsində tamamlanacağını ifadə edən Tramp, “Bu bizim hazırkı müdafiə imkanlarımızla birləşdiriləcək. “Qızıl qübbə” tam olaraq qurulduğunda, dünyanın o biri tərəfindən və hətta kosmosdan atılan raketləri ələ keçirmə qabiliyyətinə sahib olacaq”, – deyib.