Rusiyanın paytaxtı Moskvada “Telegram” mesajlaşma tətbiqinə qarşı açılan iddiaya baxılıb.Məhkəmə “Telegram”ın Rusiyada sözügedən sosial şəbəkə platformasında istifadəçi məlumatlarını lokallaşdırmayaraq qanuna tabe olmadığına qərar verib və onu 2,8 milyon rubl (təxminən 34 700 dollar) məbləğində cərimə ödəməyə məcbur edib.
***
“Telegram”dan başqa, ölkədə “Zoom”, “Twitch”, “WhatsApp”, “Spotify” və “LinkedIn” kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.
çap et