Dünənki fəlakət Var bölgəsində böyük dağıntılara səbəb olub. Mayın 20-də yağan güclü yağış və şimşək nəticəsində Lavandu və Vidauban şəhərlərində ölənlər olub.
“Météo France”dan verilən açıqlamaya görə, təhlükə hələ bitməyib. Bu gün (mayın 21-i) tufan dalğası ilə bağlı yeni xəbərdarlıq edilib.
***
Bu gün, güclü yağış, tufan və daşqın riski ilə əlaqədar 17 vilayətdə narıncı və sarı meteoroloji xəbərdarlıq səviyyələrinə yerləşdirilib.
Xəbərdarlıq zonaları: Tarn, Tarn və Qaronna, Var, Dənizkənarı Alplar, Kot-d'Or, Du, Yuxarı Marna, Aşağı Reyn, Yuxarı Reyn, Yuxarı Sona, Voqez, Belfor ərazisi, Kalvados, Ör və Luar, Orş, Luare,
***
“Météo France”, yağışlı hava dalğasının Bu gün səhər saatlarında Bretan bölgəsində başlayacağını və günortadan sonra Normandiya, Mərkəz – Luara vadisi və şimal-şərqə doğru hərəkət edəcəyini açıqladı. Bu ərazilərdə yerli tufanlar ola bilər.