Vaxt.Az

Edam edildi


 

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs haqqında qərar icra olundu

Edam edildi İranın rəsmi xəbər agentliyi ISNA-nın məlumatına görə, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkar İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib.

Ötən ay İranın Məhkəmə-Ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədənin şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirmişdi.

Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

 





21.05.2025    çap et  çap et