Vaxt.Az

Nəhəng məbəd qəfil uçdu


 

Təzəliklə təmir olunan tarixi abidənin bərpasına 800 min manat xərclənmişdi

Nəhəng məbəd qəfil uçdu Çinin Anhui əyalətinin Fenqyanq qraflığında yerləşən “Ming Zhong Du Drum Tower”in dam örtüklərinin böyük bir hissəsi çöküb. Hadisə zamanı insan tələfatı olmasa da, yaxınlarda bərpa edilmiş strukturun dağılması bərpa işləri aparan şirkətlə bağlı suallar doğurub.

Qüllənin 2024-cü ilin mart ayında 3,41 milyon yuan (800 min manatdan çox) büdcə ilə bərpa olunduğu açıqlanıb.

***

Hadisədən sonra yerli hakimiyyət orqanları xəbərdar edilib. Gecə saat 11-ə qədər qüllənin ətrafında təhlükəsizlik baryerləri qurulub və ərazi boşaldılıb.

İstintaq çərçivəsində bərpa prosesində iştirak edən şirkətlərin yoxlanıldığı açıqlanıb. 2017-ci ildən strukturun müxtəlif nöqtələrində zədələnmələr baş vermişdi. 2023-cü ildə yıxılan plitələr, çürüyən karnizlər və zəifləmiş taxta dirəklər səbəbindən geniş bir bərpa layihəsi başladı.

Bu layihənin məqsədi dam örtüyünün iki mərtəbəli maili konstruksiyasının möhkəmləndirilməsi, zədələnmiş hissələrin dəyişdirilməsi və təhlükəsizlik məhəccərlərinin yenilənməsi olub.

***

1995-ci ildə tarixi təməllər üzərində yenidən qurulan bu tikili yerli əhali üçün mədəni simvoldur. Qüllə 1375-ci ildə Min sülaləsi dövründə tikilib və 1995-ci ildə tamamilə yenidən qurulub.

Ekspertizanın nəticəsi təkcə bu qüllənin deyil, eyni zamanda oxşar bərpa layihələrinin də gələcəyini müəyyənləşdirəcək.

 





21.05.2025    çap et  çap et