Dünyanın ən varlı adamı İlon Mask sosial media platforması “X”dəki paylaşımında keçmiş prezident Co Baydenin xərçəng diaqnozu ilə bağlı sui-qəsd nəzəriyyəsi ilə bağlı açıqlama verib.
Bu nəzəriyyə Demokratlar Partiyasının üzvlərini xərçəng diaqnozu və qocalığını əsas gətirərək Baydeni seçdikdən sonra impiçment etməyi planlaşdırmaqda ittiham edib. Beləliklə, Kamala Harris heç bir seçki prosesindən keçmədən rahatlıqla vəzifəsini ələ keçirə biləcəkdi.
***
Plan Baydenin namizədliyini irəli sürmək, xərçəngi və demensiyası haqqında yalan danışmaq, onu Ağ Evə qaytarmaq və dərhal kənara çəkilib kresloda Harrisə oturtmaq idi.
Hökumətin Səmərəlilik Nazirliyindəki siyasi vəzifələrindən ayrıldıqdan sonra son zamanların ən məşhur adlarından birinə çevrilən Mask sui-qəsd iddiasına “emoji” ilə dəstəyini göstərib.
***
ABŞ Prezidentin böyük oğlu kiçik Donald Tramp da sosial media hesabında məsələ ilə bağlı fikirlərini bölüşüb: “Mən bilmək istədiyim odur ki, Cill Bayden metastatik xərçəngin 5-ci mərhələsini necə görməyib, yoxsa bu başqa bir ört-basdırdır?”.
***
Keçmiş ABŞ prezidenti Baydenə cümə günü prostat xərçənginin “aqressiv” forması diaqnozu qoyulub. Diaqnoz Amerika ictimaiyyəti arasında xəstəliyin bu qədər gec diaqnoz qoyulması ilə bağlı suallar doğurub. 50 yaşdan yuxarı kişilərdə aparılan müntəzəm qan analizləri bu tip prostat xərçəngini erkən mərhələdə aşkar etməyə imkan verir.