Pakistanın cənub-qərbində hərbi məktəbdə təhsil alan uşaqları daşıyan avtobusa hücum edilib. Pakistan Əfqanıstanla həmsərhəd olan Bəlucistan əyalətində məktəb avtobusuna qoyulan bomba nəticəsində baş verən partlayışda Hindistanı günahlandırıb. Avtobusun hədəfə alınması nəticəsində 3-ü uşaq olmaqla 5 nəfərin həyatını itirdiyi, 30 uşağın yaralandığı bildirilib.Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin (ISPR) bəyanatında deyilir: “Hindistan tərəfindən planlaşdırılan və onun müvəkkil elementləri tərəfindən Bəlucistanda həyata keçirilən növbəti qorxaq və iyrənc hücumda tələbələri daşıyan avtobus hədəfə alınıb”.
çap et