Həkim qruplarının bütün səylərinə baxmayaraq, Quzman və Munoz hadisə yerində dünyasını dəyişib.
***
Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında "Təəssüf ki, Ximena Quzman və Xose Munoz silahlı hücum nəticəsində həyatını itirib”, – deyib.
Şeynbaum, Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi (SSPC) katibi Ömər Qarsia Harfuka hücum edənlərin tapılması üçün göstəriş verdiyini bildirib: “Bu hadisəyə görə məsuliyyət daşıyanlar cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli aparılacaq və hökumətin tam dəstəyi var”.
Şeynbaum Mexiko şəhərinin meri Bruqadaya və həyatını itirənlərin ailələrinə başsağlığı verib.
“Ximena gözəl, yorulmaz və mehriban qadın idi. Mən Pepeni uşaqlıqdan tanıyıram, o, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi”, – Bruqada deyib.