Vaxt.Az

20 illik qanlı statistika


 

Ermənilər 610 hərbçimizi öldürüb, 750-ni yaralayıb

20 illik qanlı statistika Atəşkəs dövrünün şəhidləri: 20 ildə düşmən gülləsindən 610 hərbçimiz dünyasını dəyişib, 750 nəfər yaralanıb. «Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 1994-2014-cü illərdə - Atəşkəs müqaviləsinin qüvvədə olduğu 20 il ərzində cəbhə xəttində dünyasını dəyişən və yaralanan Azərbaycan əsgərlərinin statistikasını açıqlayıb.

«Doktrina» JHAM direktoru Cəsur Sümərinlinin sözlərinə görə, 20 il ərzində (1994-cü ilin 12 mayından 2014-cü ilin 12 mayına qədər) cəbhə xəttində ən azı 610 Azərbaycan hərbçisi düşmən gülləsindən dünyasını dəyişib. Düşmən gülləsindən həmin dövrdə yaralananların ümumi sayı isə 750 nəfərdən yuxarıdır. «Bizim kütləvi informasiya vasitələri üzərində apardığımız monitorinqin nəticələri, hərbi mənbələrdən əldə etdiyimiz məlumatlar, eyni zamanda əsgər valideynlərindən əldə etdiyimiz müxtəlif informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir», - deyə C.Sümərinli bildirib.C.Sümərinli bildirdi ki, 20 il ərzində 120-dən artıq Azərbaycan hərbçisi mina partlayışından dünyasını dəyişib. 200-dən artıq hərbi qulluqçu isə mina partlayışından bu və ya digər şəkildə yaralanıblar. C.Sümərinli qeyd etdi ki, 20 il ərzində Azərbaycanın 40-dan artıq mülki vətəndaşı düşmən gülləsindən yaralanıb, həmin dövrdə düşmən gülləsindən həlak olan mülki vətəndaşların sayı isə 15-dir. Mina partlayışından dünyasını dəyişən mülkilərin sayı 18 nəfər, yaralanaların sayı isə 25 nəfərdir. Qeyd edilən dövrdə Azərbaycanın 9 mülki vətəndaşı düşmən tərəfindən girov gptürülüb, sonradan qaytarılıblar. Qeyd edilən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu düşmən tərəfindən əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıblar.

«Doktrina» JHAM direktoru göstəricilərin qeyd olunanlardan yüksək ola biləcəyini də istisna etmir.
 





12.05.2014    çap et  çap et