***
Geyindiyi eynəyin və ətrafın temperaturunun təsirindən yuxuya getdiyini bildirən Gülşah Bodur, “Normalda kabin maksimum 10 dəqiqədən sonra xəbərdarlıq edib öz-özünə dayanmalıdır. Amma o gün nə xəbərdarlıq verdi, nə də dayandı. Yuxudan oyananda hələ də işləyirdi.
***
“Paniklə qapını açdım. Nəzarətçi “maşın dayanmadı?” – deyə soruşdu. Bu o deməkdir ki, belə bir şey əvvəllər də olub. Onlar gedəndən sonra maşını söndürdülər, amma hələ də dayanmayanda elektrikdən ayırmalı oldular”.
***
Bədənində yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan qadın “Bədənimdə səpkilər yarandı, dərim ağrımağa başladı. Təcili yardıma getdim, oradakı həkim və polis əməkdaşı ilə danışdım”, – deyən qadın hadisəyə görə məsuliyyət daşıyan salon rəhbərliyini sahibi və digər şəxslərdən şikayət edib.
***
Salon sahibinin günahı onun üzərinə atdığını deyən Bodur, “Mənə yatmamalıydım dedilər. Ancaq burada əhəmiyyətli olan yatmağım deyil, sistem işləmir. Kompüter üzərindən qurulan bir cihazın xəbərdarlıq etməməsi və ya dayanması ciddi bir təhlükəsizlik qüsurudur”, – deyib.
***
Gülşah Bodur şikayət etdikdən sonra iş sahibinə qarşı “ehtiyatsızlıqdan insana xəsarət yetirmək” maddəsi ilə iddia qaldıraraq 2 ilə qədər həbs cəzası istəyib.