Vaxt.Az

“Qalatasaray”ın Saneyə təklifi


 

Cim-Bom böyük oynayır

“Qalatasaray”ın Saneyə təklifi Qazandığı iki kubokdan sonra mövsüm sonunda diqqətini transferlərə yönəldən “Qalatasaray”ın gündəmində bir müddətdir “Bavariya”da çıxış edən alman cinah oyunçusu Leroy Sane var.

Alman komandası ilə müqaviləsi iyunun 30-da başa çatacaq ulduz futbolçunu heyətinə qatmaq üçün səylərini davam etdirən sarı-qırmızılı klubun rəhbərliyi futbolçunun meneceri ilə görüşüb təklifini çatdırdığı öyrənilib.

Sarı-qırmızılı heyətin Saneyə illik 7 milyon avro maaş, 7 milyon avro imza pulu və 7 milyon avro da əlavə bonus təklif etdiyi öyrənilib.

“Qalatasaray Sportif AŞ”nin vitse-prezidenti Abdulla Kavukçu Leroy Sane ilə bağlı “yanvar ayında Sane adından danışmışdıq. Sane maraqlandığımız tək futbolçu deyil. Heyətimizdə daha vacib mövqelər var. Ən vacib iki transferimizin hansı mövqeyə olacağı bəllidir – 10 nömrəmiz əskikdir, və qapıçı lazımdır. Hansı oyunçuları alacağımızı hələ dəqiqləşdirməmişik. Transfer mövsümünün açılmasına çox az vaxt qalıb”, – deyib.

Bu mövsüm Almaniya yığması ilə 45 matçda 2377 dəqiqə meydanda olan Sane 13 qol vurub, 6 məhsuldar ötürmə edib.

"Bavariya"nın prezidenti Herbert Hainer Sane ilə bağlı açıqlama verərək, "Onu komandada saxlamaq istəyirdik. Fikrimizcə ağlabatan və cəlbedici təklif etdik. Qəbul etsə, məmnun olarıq. Qəbul etməsə, bu, onun qərarıdır”, – deyib.

"Qalatasaray"ın gündəmində olan Leroy Sane Almaniya millisində 69 dəfə forma geyinib. 29 yaşlı futbolçu sözügedən matçlarda ölkəsinin heyətində 14 qol vurub.

 





21.05.2025    çap et  çap et