Vaxt.Az

Ütü, yemək, təmizlik...


 

“Tesla”nın robotu indi ev işlərində kömək edir

Ütü, yemək, təmizlik... ABŞ-ın “Tesla” şirkətinin yaradıcısı və prezidenti İlon Mask “X” sosial şəbəkəsində “Optimus” robotunun yeni bacarıqlarını yüksək qiymətləndirib.

Yayımlanan videoda robotun təlimatlara uyğun olaraq ev işləri gördüyü görünür.

Robot ütüləyir, döşəməni süpürür, qazanın içindəkiləri qaşıqla qarışdırır, zibilləri tullayır, fırça və zibil qabı ilə süfrəni təmizləyir. Milyarder paylaşımında “Optimus X, “Mən bütün gün yalnız rəqs etmirəm”, – yazıb.

Mask öz hesabında robotun nailiyyətlərini İndiyə qədər hazırlanmış ən böyük məhsul kimi şərhi edib.

Optimusun inkişafına cavabdeh olan Milan Kovacs bildirib ki, cari vəzifələrdən biri robotun ev işləri ilə məşğul olan insanların internet videolarından birbaşa öyrənməsini təmin etməkdir.

Mask 2022-ci ilin yanvarında şirkətin tərtibatçıları üçün prioritet kimi insanabənzər robotun yaradılmasını təsvir etdi. “Optimus Gen 1 android” 2023-cü ilin yazında təqdim edildi. Həmin ilin dekabrında “Tesla” özünün “Optimus 2 humanoid” robotunu nümayiş etdirdi.

 





21.05.2025    çap et  çap et