2023-cü ilin may ayında Fey Cunlonq, Deng Qinqminq və Janq Lu stansiyanın daxili səthlərindən mikrobiom nümunələri toplayıblar. Bu nümunələrin təhlili nəticəsində torpaqda çox rast gəlinən və yara infeksiyalarına səbəb olduğu bilinən “Niallia circulans” ilə oxşar genetik xüsusiyyətlərə malik yeni bakteriya növü müəyyən edilib. Bu oxşarlığa görə kəşf edilən bakteriya növünə “Niallia tiangongensis” adı verilib.
Araşdırmanın nəticələri “International Journal of Systematic and Evolutionary Microbiology” jurnalında dərc olunub.
***
Məlum olub ki, yeni bakteriyalar kosmos mühitinin sərt şərtlərinə unikal adaptasiyalar hazırlayıb. Bu bakteriyalar azot və karbon kimi əsas qida maddələri üçün jelatini parçalaya və mikroqravitasiya və kosmosda olan yüksək radiasiya səviyyələrində sağ qalmaq üçün biofilmlər əmələ gətirə bilər. Biofilmlər bakteriyaların özlərini ətraf mühitin problemlərindən qorumağa imkan verən və antibiotiklərə və dezinfeksiyaedici maddələrə qarşı müqavimət göstərən strukturlardır. Kosmosdakı mikroqravitasiyaya görə, bu biofilm strukturlarının bakteriyalara sağ qalma üstünlüyü təmin etdiyi düşünülür.
Bu kəşf daha əvvəl Beynəlxalq Kosmik Stansiyada kosmosda təkamül keçirən bakteriya növləri ilə bağlı aşkar edilmiş tapıntılara uyğundur. 2018-ci ildə kosmosda inkişaf edə bilən fürsətçi patogen “Enterobacter bugandensis” ştammları aşkar edildi. Bu suşlar bəzi bakteriyaların kosmosda təkamül edə biləcəyini və Yerə qayıtdıqda müqavimət göstərə biləcəyini ortaya qoydu.
Bu kəşf təkcə kosmosda astronavtların qorunmasına deyil, həm də yerüstü mühitlərdə davamlı infeksiyalarla mübarizə aparmaq üçün yeni müalicə üsullarının işlənib hazırlanmasına işıq salır. Kosmosda yaşayan mikroorqanizmlərin təkamül xüsusiyyətlərini anlamaq yer üzündə bakterial infeksiyalarla mübarizədə mühüm dərs verir.
***
“N.tiangongensis”in kəşfi insanların kosmik missiyalarının gələcəyi üçün mühüm xəbərdarlıqdır. Bəşəriyyət Aya və ondan kənara daha iddialı missiyalara hazırlaşarkən, kosmosda təhlükəsiz həyatı təmin etmək üçün mikroorqanizmləri izləmək və anlamaq böyük əhəmiyyət kəsb edir. Bu kəşf gələcək kosmos səyahətlərində astronavtların sağlamlığının qorunmasında və kosmik mühitin mikroorqanizmlərə necə təsir etdiyini başa düşməkdə mühüm addımdır.