Vaxt.Az

“SAFE” mayın 27-də imzalanacaq


 

AB 150 milyard avroluq müdafiə paketi ilə bağlı razılığa gəlib

“SAFE” mayın 27-də imzalanacaq Avropa Birliyi (AB) müdafiə sektorunun gücləndirilməsi məqsədi ilə 150 ​​milyard avro kreditin daxil olduğu “SAFE” Avropa Təhlükəsizlik Fəaliyyətini rəsmi olaraq razılaşdırıb.

Avropa Birliyi Şurasının sədri Antonio Kosta sosial media hesabından verdiyi açıqlamada üzv ölkələrin səfirlərinin əldə etdiyi razılaşmanı “daha ​​güclü Avropaya doğru atılan mühüm addım” kimi qiymətləndirib.

“SAFE”, 2030-cu ilə qədər hərbi xərclərin, istehsalın artırılması və birgə müdafiə layihələrinə resursların ayrılması kimi elementləri özündə əks etdirən AB Komissiyası tərəfindən martın 19-da təklif edilən Ağ Kitab adlanan strategiyanın bir hissəsidir.

Müvafiq olaraq, AB fondlarından faydalanmaq üçün alınan silah sisteminin dəyərinin ən azı 65 faizi AB ölkələri və Avropa İqtisadi Birliyinin üzvü olan Norveç, Lixtenşteyn, İslandiya və Ukraynadan alınmalıdır.

Qalan 35 faiz bu ölkələrdən kənardan gələcək. 65 faizə daxil olmaq üçün xüsusi ikitərəfli təhlükəsizlik və müdafiə sazişi imzalamaq lazım gələcək.

AB Komissiyasının Müdafiə sözçüsü Tomas Reqnier, mövzu ilə bağlı əvvəlki yazılı şərhində, “Avropada yerləşən şirkətlər satınalma prosesinə qatıla bilər. Təhlükəsizliyə əsaslanan şərtlərə cavab verirlərsə, Avropalı olmaq məcburiyyətində deyillər. Türkiyə kimi digər ölkələr (AB olmayan) müdafiə məhsulunun yüzdə 35-ə qədərini dərhal təmin edə bilər. Sənaye iştirakını yüzdə 35-in üzərinə çıxarmaq üçün təhlükəsizlik və tərəfdaşlıq müqaviləsi lazımdır”.

Səfirlər səviyyəsində əldə olunan razılaşma AB ölkələrinin Avropa məsələləri üzrə məsul nazirlərinin mayın 27-də keçiriləcək iclasında təsdiqlənəcək.

 





21.05.2025    çap et  çap et