Vaxt.Az

“Moody's” təsiri azalıb?


 

İki texnologiya nəhənginin 3 saatda 1,1 milyarddan artıq səhmi satılıb

“Moody Pərakəndə investorlar 19 may 2025 tarixində “Moody’s” səbəbiylə baş verən bazar enişindən rekord səviyyədə istifadə ediblər.

Pərakəndə investorlar bazar açıldıqdan sonrakı ilk üç saat ərzində 4.1 milyard dollar dəyərində ABŞ səhmləri alıblar. “JPMorgan”un məlumatına görə, bu, tarixdə qeydə alınan ən böyük yarımgünlük alış həcmi olub.

Bu sürətli alış “Moody's”in gözlənilən təsirini minimuma endirib.

Ən çox alınan iki səhm – “Tesla” (TSLA) – 675 milyon dollar, “Palantir Technologies” (PLTR) – 439 milyon dollar təşkil edib.

Bu aqressiv alqı-satqı davranışı, institusional investorların (HEDGE FUND) davranışı ilə ziddiyyət təşkil edir. Belə ki, son dövrlərdə institusional investorlar bazardakı dəyişkənlik və geosiyasi risklər səbəbilə ABŞ səhmlərindəki paylarını azaldırlar.

Bu fərqli yanaşmalar göstərir ki, pərakəndə investorlar getdikcə bazarda daha böyük rol oynamağa başlayıblar.

Bu vəziyyət bazarda pərakəndə və institusional investorlar arasında aydın bir ayrılığı göstərir.

Sonda ya institusional investorlar səhmlərdə çəkilərini artıraraq bazarın qalxışını izləməyə başlayacaqlar, ya da pərakəndə investorlar davamlılığı olmayan bir artım dalğasına daxil olduqları üçün (davamlı investisiya edə bilməyəcəklər və yüksəliş dayanacaq, enməyə başlayacaq) zərər görəcəklər.

Kim haqlı çıxacaq? — Zaman göstərəcək.

 





21.05.2025    çap et  çap et