Vaxt.Az

ABŞ-da mənzil bazarında bahalaşma


 

İpoteka faizləri son 3 ayın ən yüksək səviyyəsinə çatıb

ABŞ-da mənzil bazarında bahalaşma ABŞ-da 30 illik ipoteka üçün orta faiz dərəcəsi keçən həftə 6,86 faizdən 6,92 faizə çatıb ki, bu da fevral ayından bəri ən yüksək səviyyədir. Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi 6,12 faizdən 6,21 faizə yüksəlib.

İpoteka Bankçıları Assosiasiyasının (MBA) açıqladığı 16 Mayda sona çatan həftənin ipoteka məlumatlarına görə, ipoteka müraciətləri keçən həftə əvvəlki həftə ilə müqayisədə yüzdə 5,1 azalıb.

Bu dövrdə ev alqı-satqısı və yenidən maliyyələşdirmə müraciətləri 5 faiz azalıb.

MBA Baş Vitse-Prezidenti Mayk Fratantoni bildirib ki, 30 illik ipoteka faizləri fevral ayından bəri ən yüksək səviyyəyə çatıb, çünki investorlar artan inflyasiyanın, artan kəsir və borcun təsirindən narahatdırlar.

Yüksək ipoteka faizlərinin sektorda yavaşlamaya səbəb olduğuna diqqət çəkən Fratantoni, alış müraciətlərinin illik bazda yüzdə 13 artdığını bildirdi.

 





21.05.2025    çap et  çap et