Vaxt.Az

AİB hesabatında qorxunc rəqəmlər


 

İqlim böhranı AB-yə ildə 28,3 milyard avroya başa gəlir

AİB hesabatında qorxunc rəqəmlər Avropa Birliyində (AB) kənd təsərrüfatı sektorunun əlverişsiz hava şəraiti səbəbindən hər il milyardlarla avro zərər çəkdiyi bildirilir. Bu barədə Avropa Komissiyası və Avropa İnvestisiya Bankı (AİB) “AB-də kənd təsərrüfatı üçün sığorta və risklərin idarə edilməsi alətləri” adlı araşdırmasında deyilir.

Tədqiqatda qeyd olunub ki, 27 AB üzv ölkəsi quraqlıq kimi müxtəlif mənfi hava hadisələri səbəbindən hər il bitki və heyvandarlıq məhsullarının 6 faizini itirir.

AB ölkələrində kənd təsərrüfatı sektorunun pis hava şəraiti səbəbindən illik itkisinin 28,3 milyard avroya çatdığına diqqət çəkən araşdırmada bunun 17,4 milyard avrosunun məhsul itkisi, 10,9 milyard avrosunun isə heyvandarlıq itkiləri olduğu bildirilib.

Araşdırma, AB ölkələrində kənd təsərrüfatında iqlim riskinin yüzdə 50-dən çoxunun quraqlıqdan qaynaqlandığına və bu sahəyə daha çox diqqət yetirilməli olduğuna diqqət çəkib.

Araşdırmada quraqlıq, şaxta, dolu və həddindən artıq yağışın AB-də iqlimlə bağlı kənd təsərrüfatı itkilərinin təxminən 80 faizinə səbəb olduğu və AB-də iqlimlə bağlı təsərrüfat itkilərinin yalnız 20-30 faizinin sığortalandığı və bu itkilərin azaldılması üçün kənd təsərrüfatı sığortasının daha da genişləndirilməsi lazım olduğu qeyd edilib.

 





21.05.2025    çap et  çap et