Vaxt.Az

“Kölgə donanması” dənizaltı kabelləri hədəf alıb


 

Donald Tusk: “Biz Baltik dənizində geridə qalan şübhəli rus gəmisinə qarşı müdaxilə etdik”

“Kölgə donanması” dənizaltı kabelləri hədəf alıb Polşanın baş naziri Donald Tusk dünən Rusiya gəmisinin ölkəsini İsveçlə birləşdirən enerji kabelinin yaxınlığında “şübhəli manevrlər” etdikdən sonra hərbçilərin Baltik dənizinə müdaxilə etdiyini açıqlayıb.

“Sanksiyalarla üzləşən “kölgə donanmasına” aid olan Rusiya gəmisi Polşa və İsveçi birləşdirən enerji kabelinin yaxınlığında şübhəli manevrlər edib. Hərbçilərimizin müdaxiləsindən sonra gəmi Rusiya limanlarından birinə istiqamət alıb”, – Tusk “X” platformasında yazıb.

“Kölgə donanması” termini Rusiyanın sanksiyalardan yayınmaq üçün gizli şəkildə işlədiyi gəmiləri təsvir etmək üçün istifadə olunur. Qərb ölkələri bildirirlər ki, Moskva yüzlərlə naməlum tankerdən istifadə edərək Rusiya neftini dünyaya nəql etməyə davam edir.

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış dünən mətbuata bildirib ki, patrul təyyarəsi Rusiya gəmisini ərazidən uzaqlaşdırıb və Polşa donanmasının “ORP Heweliusz” gəmisini hadisə yerinə göndərilib.

Yerli mətbuatın məlumatına görə, sabah baş nazir Tuskun iştirakı ilə məsələ ilə bağlı təcili iclas keçiriləcək. Kosiniyak-Kamış mətbuat konfransında, “Bu hadisə yaşadığımız dövrün nə qədər təhlükəli olduğunu və Baltik dənizində vəziyyətin nə qədər ciddi olduğunu göstərir”, – deyib.

Moskva hadisə ilə bağlı heç bir açıqlama verməyib.

Hədəflənən 600 meqavatlıq sualtı kabel Polşa və İsveçin elektrik şəbəkələrini birləşdirəcək və iki ölkəyə daha ucuz transsərhəd elektrik ticarətindən faydalanmağa imkan verəcək.

Rusiyanın “kölgə donanması”na aid bəzi gəmilər fəaliyyəti əvvəllər Baltik dənizində sualtı kabellərin zədələnməsi ilə bağlı olub. 2024-cü ilin dekabrında Finlandiya polisi kölgə donanmasının bir hissəsi olduğu düşünülən “Eagle S” adlı tankeri Finlandiya ilə Estoniya arasındakı elektrik xəttinə lövbər ataraq zədələməkdə şübhəli bilinərək saxladı. Rusiya hadisədə iştirakını inkar edib.

Buna baxmayaraq, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra elektrik xətləri və qaz kəmərlərinin zədələnməsi ilə bağlı bir neçə insidentdən sonra NATO regionda təhlükəsizliyi gücləndirib.

Ötən həftə Estoniya Rusiyanın köhnəlmiş kölgə tanker donanmasını qorumaq üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu bildirib. Xəbərdarlıq Estoniyanın sularında şübhəli gəmini saxlamasından sonra edilib.

Kremlin sözçüsü Dmitri Peskov bu gün bildirib ki, Rusiya Baltik dənizindəki gəmilərini “bütün vasitələrlə” müdafiə edəcək.

 





21.05.2025    çap et  çap et