Astara Mərkəzi Rayon Xəstəxanasının
(MRX) baş həkimi Emin Hüseynin APA-nın cənub bürosuna verdiyi məlumata görə,
Astara şəhər sakini Nərmin Nadir qızı Əsgərova mayın 6-da MRX-nin doğum
şöbəsinə ağır vəziyyətdə qəbul olunub. İlkin müayinələrdən sonra xəstədə yüksək
təzyiqlə yanaşı, boyunun 165 santimetr olmasına baxmayaraq 130 kiloqram çəkiyə
malik olduğu müəyyənləşdirilib.
Həyati göstəriş olduğundan xəstə mayın
11-də gecə saatlarında əməliyyata götürülüb.
Əməliyyatdan sonra qadının boyu 53 sm,
çəkisi 3 kiloqram olan qız uşağı dünyaya gəlib. Baş həkimin sözlərinə görə,
dünyaya gələn körpədə də kifayət qədər ciddi patologiyalar aşkar olunub. Belə
ki, anada olan xəstəliyin nəticəsində uşaqda hipoksiya, ağır asfeksiya diaqnozu
müəyyənləşdirilib. Bununla belə, həkimlərin səyləri ilə körpəni xilas etmək
mümkün olub.
Baş həkim ilkin ehtimallara görə, Nərmin
Əsgərovanın ölümünə piy emboliyası xəstəliyinin səbəb olduğunu, amma bununla
belə son rəyin Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən veriləcəyini
bildirib.
Dünən isə doğulan qız uşağı Astaradan Lənkərandakı
Perinatal Mərkəzə gətirilib.
Burada körpəyə müvafiq tibbi yardım göstərildikdən sonra onun həyatı üçün mövcud olan hər hansı təhlükə aradan götürülüb.