Vaxt.Az

Minimum 300 avro


 

Hollandiyada vətəndaşlara nağd pul şağırışı

Minimum 300 avro Hollandiya Mərkəzi Bankı bildirib ki, elektron ödəniş sistemində nasazlıq yaranarsa, insanlar böyüklər üçün təxminən 70 avro və uşaq üçün 30 avro nağd pul götürməlidirlər.

Hollandiya Mərkəzi Bankı (DNB) vətəndaşlara mümkün fəlakət və ya fövqəladə vəziyyət zamanı üç günlük xərcləri qarşılamaq üçün kifayət qədər nağd pul saxlamağı tövsiyə edib. Bank xəbərdarlığın artan geosiyasi gərginlik və ölkənin ödəniş sisteminə təhlükə yarada biləcək kibertəhlükələrə görə edildiyini bildirib.

DNB bildirib ki, bu ehtiyat tədbiri çərçivəsində böyüklər üçün gündəlik 70 avro (150 manat), uşaq üçün isə 30 avro (70 manat) nağd pul saxlanılmalıdır. Bank bu məbləğin “su, qida, dərman və nəqliyyat kimi əsas ehtiyacları” ödəməyə kifayət etdiyini bildirib.

“Elektrik kəsilməsi, bankınızdakı texniki problem və ya internet bağlantısının kəsilməsi kimi vəziyyətləri düşünün. Siz vərdiş etdiyiniz ödəniş üsullarından istifadə edə bilməyəcəksiniz. Bununla belə, nağd ödənişlər demək olar ki, həmişə mümkündür”, – bankın açıqlamasında deyilir.

Xəbərdarlığın ödəniş sisteminə təhlükə yaradan “geosiyasi gərginliyin artması və kiber təhdidlər” səbəbindən edildiyi vurğulanıb. DNB həmçinin vətəndaşlara təmassız ödəniş üçün nəinki nağd pul, hətta telefon və ya smart saatı da hazır vəziyyətdə saxlamağı tövsiyə edib.

Xəbərdarlıq aprelin 28-də İspaniya və Portuqaliyaya təsir edən kütləvi elektrik kəsilməsindən sonra edilib. Qəzanın səbəbləri hələ də araşdırılır, kart ödəniş sistemləri sıradan çıxıb və hadisə zamanı bankomatlar işləməyib. Bu dövrdə vətəndaşlar su, yemək, fənər və batareya ilə işləyən radio kimi əsas ehtiyaclarını ödəmək üçün nağd pula müraciət etməli olublar.

Avropa Komissiyası, həmçinin mart ayında dərc olunan hazırlıq planında təbii fəlakətlər və ya münaqişələr kimi fövqəladə hallar zamanı ictimaiyyəti ən azı 72 saat əsas ləvazimat ehtiyatı saxlamağa çağırıb. Siyahıya həmçinin nağd pul, dərman, enerji bankı və radio da daxil edilib.

 





21.05.2025    çap et  çap et