Vaxt.Az

ÜDM-də 0,1 faiz itki


 

“Fitch” inkişaf etməkdə olan iqtisadiyyatların artım potensialını 4 faizdən aşağı endirib

ÜDM-də 0,1 faiz itki Beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” 10 inkişaf etməkdə olan ölkə üçün ortamüddətli potensial artım tempinin Ümumi Daxili Məhsulun (ÜDM) orta çəkili əsasında 4 faizdən 3,9 faizə endiyini bildirib. Türkiyə üçün orta müddətli potensial artım tempi 4,1 faiz səviyyəsində saxlanılıb.

Kredit reytinq agentliyi 2023-cü ilin noyabrında dərc etdiyi inkişaf etməkdə olan bazarlar üçün 5 illik potensial ÜDM artım proqnozlarına yenidən baxıb.

“Fitch”in verdiyi açıqlamada Qlobal İqtisadi Görünüş hesabatında yer alan reviziyanın əsas səbəbi kimi Çinin potensial artım tempinin 4,6 faizdən 4,3 faizə endirilməsi göstərilib.

Açıqlamada, həmçinin Meksika, İndoneziya və Cənubi Koreya üçün artım təxminlərinin aşağı salındığı, Rusiya, Braziliya, Polşa və Hindistan üçün isə yuxarıya doğru düzəlişlərin edildiyi ifadə edildi.

Açıqlamada Cənubi Afrika və Türkiyə üçün təxminlərdə heç bir dəyişiklik edilmədiyi, söz mövzusu 10 inkişaf etməkdə olan ölkənin orta potensial artımının çəkisiz ÜDM əsasında yüzdə 3,1 olduğu vurğulanıb.

Müvafiq olaraq, İndoneziya üçün beşillik potensial artım proqnozları 4,9 faizdən 4,7 faizə, Meksika üçün 2 faizdən 1,8 faizə, Cənubi Koreya üçün isə 2,1 faizdən 1,9 faizə endirilib.

Hindistan üçün proqnozlaşdırılan artım tempi 6,2 faizdən 6,4 faizə, Polşa üçün 3 faizdən 3,2 faizə, Braziliya üçün 1,7 faizdən 2 faizə, Rusiya üçün isə 0,8 faizdən 1,2 faizə yüksəlib.

Cənubi Afrika üçün ortamüddətli potensial artım tempi yüzdə 1, Türkiyə üçün isə yüzdə 4,1 səviyyəsində saxlanılıb.

 





22.05.2025    çap et  çap et